İranda ancaq şiə və dindar kişilər prezident seçilə bilər- Qaydalar

16 May 2013 21:09 (UTC+04:00)


İranda prezident seçkiləri yaxınlaşdıqca qadınların dövlət başçısı olub-olmayacaği ilə bağlı müzakirələr gərginləşib.

Ölkədəki Məşvərət Məclisinin nümayəndəsi Məhəmməd Taki Misbah Yezdi "İranda qadınlar prezidentliyə namizəd ola bilməzlər" deyə bəyanatla çıxış edib.

Seçkilərədə iştirak etmək üçün namizədliklərin irəli sürən qadınların sayının 30 – a yaxın olması M.Yezdini qəzəbləndirib.

AzNews.az-ın "Mehr" xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Yezdi qanunun qadınların prezident seçkilərinə namizəd kimi qatılmasına icazə vermədiyini vurğulayıb. Yezidi fikrini İran Konstitusiyasında kişi prezidentə işarə vuran bir ifadənin olması ilə əlaqələndirib.

Qeyd eək ki, seçkilərə buraxılacaq namizədlərin adı mayın 21-də açıqlanacaq. Hazırda 30-u qadın olmaqla 686 nəfər seçkiyə qatılmaq üçün müraciət edib.

Məlumat üçün bildirək ki, İran Konstitusiyasına görə, prezident olmaq istəyən şəxs İran əsilli, İran vətəndaşı, şiə müsəlman olmalı, məhkumluğu olmamalı, dindar və islam inqilabına ürəkdən bağlı, siyasi təcrübəsi olan şəxs olmalıdır.

Elnarə
AzNews.az