Azərbaycanda 16 yaşlı qızı ilan vurdu

16 May 2013 21:40 (UTC+04:00)

Şabranda bədbəxt hadisə baş verib. 1997-ci il təvəllüdlü Şabran rayonunun Dəvəçikənd sakini Aytac Kiçibəyovanı ayaq nayihəsindən ilan vurub. O, dərhal Şabran MRX-nın reanimasiya şöbəsinə yerləşdirilib.

Tibb müəssisəsindən verilən məlumata görə, yaralının vəziyyəti orta-stabildir. (milli.az)

AzNews.az