"Eurovision-2013" təmsilçimiz - FOTOLARDA

16 May 2013 23:15 (UTC+04:00)


Azərbaycan təmsilçisi Fərid Məmmədov İsveçin Malmö şəhərində "Malmö Arena"da "Eurovision 2013" mahnı müsabiqəsinin II yarımfinalında uğurlu çıxış edib.

APA-nın İsveçə ezam olunan müxbirinin verdiyi məlumata görə, təmsilçimiz səhnədə yaddaqalan və peşəkar ifa nümayiş etdirib. Təmsilçimizin səhnədə çıxışı zaldakı tamaşaçılar tərəfindən xüsusi qarşılanıb. F.Məmmədovu səhnədə özünə bənzər rəqqas və qırmızı geyimdə rəqqasə, eyni zamanda bek-vokaçılar müşayiət edib. Səhnəyə qoyulmuş şüşə, Fəridin plastikası şouya xüsusi rəng qatıb. Azərbaycan hər il olduğu kimi, bu il də favorit ölkələr arasındadır.

Qeyd edək ki, bu gün 17 ölkə yarımfinalda yarışır. Bu ölkələrdən 10-u finala vəsiqə qazanacaq ki, həmin təmsilçilər mayın 18-də qalibiyyət uğrunda mübarizə aparacaq.

AzNews.az