Böyük şairimiz Şəhriyarın yeganə oğlunu maşın vurdu

5 Oktyabr 2019 12:55 (UTC+04:00)

Azərbaycanın görkəmli şairi Məhəmmədhüseyn Şəhriyarın yeganə oğlu Hadi Şəhriyar avtomobil qəzasına uğrayıb.

Bu barədə şair-yazıçı Sayman Aruz bildirib.

Onun sözlərinə görə, hadisə dünən axşam saat 23 radələrində Təbrizin "17 Şəhriver" küçəsində baş verib. H.Şəhriyar küçəni keçmək istəyərkən onu avtomobil vurub.

“Əlimizdə olan məlumata görə, Hadi Şəhriyar koma vəziyyətindədir. Dua edək ki, Şəhriyarın dəyərli yadigarının sağlamlığı bərpa olsun”, - S.Aruz qeyd edib.