Qəbələdə ağır qəza - Ölən var

5 Oktyabr 2019 16:46 (UTC+04:00)

Qəbələ rayonunun Zərgərli kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, oktyabrın 4-də saat 12 radələrində Qəbələ rayonunun Zərgərli kəndi ərazisində Uludaş kənd sakini A.Sədullayevin idarə etdiyi “Ford” və Oğuz rayon sakini F.Məmmədovun idarə etdiyi “QAZ-3110” markalı avtomobillər toqquşub. Nəticədə F.Məmmədovun həmyerlisi olan 2 sərnişini xəstəxanaya yerləşdirilib, onlardan Ziyafət Məmmədova orada ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

AzNews.az