Sahibsiz it 10 yaşlı uşağa hücum etdi

6 Oktyabr 2019 20:33 (UTC+04:00)

Bu gün günorta saatlarında Oğuz rayonunun Bucaq kənd sakini, 2009-cu il təvəllüdlü Fəqan Rəfayıl oğlu Həsənov sol əlin və sol ayağın it dişləməsi xəsarəti ilə rayon mərkəzi xəstəxanasına daxil olub.

Müayinə zamanı F.Həsənova yaşadığı kəndin ərazisində sahibsiz it hucum edərək xəsarət yetirdiyi məlum olub.

F.Həsənova lazımı tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd vurulduqdan sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb. (APA)

AzNews.az