Düşmənlər İraqla aramızda ayrılıq salmağa çalışır - Xamenei

7 Oktyabr 2019 10:04 (UTC+04:00)

İranın Ali dini lideri Əli Xamenei özünün “Twitter” səhifəsində İraqın paytaxtı Bağdad və bəzi şəhərlərdə davam edən etiraz aksiyalarına fikir bildirib.

AzNews.az xəbər verir ki, o, İranla İraq xalqının bir-birinə bağlı olduğunu və bu əlaqələrin hər keçən gün güclənəcəyini vurğulayıb.

“Düşmənlər ayrılıq salmağa çalışır, amma bunu bacarmayacaqlar və planları təsirsiz qalacaq”, - deyə Xamenei bildirib.

Xatırladaq ki, 1 oktyabr tarixindən etibarən Bağdadda və İraqın cənubundakı şəhərlərdə xalq rüşvətxorluq, işsizlik və sosial xidmətlərin çatışmazlığına etiraz edir.

Ölkədə həmin tarixdən bu günə qədər aksiyalarda 104 nəfər həlak olub, 6 min 107 nəfər isə yaralanıb.

Pərvanə

AzNews.az