Xalq artistinin həkimi danışdı: "Vəziyyəti getdikcə..."

7 Oktyabr 2019 11:32 (UTC+04:00)

Xalq artisti Ofelya Sənaninin səhhəti normallaşıb.

1 saylı Kliniki Tibbi Mərkəzin həkimi Rauf Cəfərquliyev AzNews.az-a açıqlamasında bildirib ki, Ofelya Sənani oktyabrın 5-də Respublika Diaqnostika Mərkəzinə köçürülüb:

“Ofelya xanım özünü yaxşı hiss edirdi. Məsləhət olundu ki, buradan Diaqnostika Mərkəzinə köçürülsün. Hazırda orada müalicə olunur. Amma səhhəti ilə maraqlanırıq. Özünü yaxşı hiss edir, vəziyyəti getdikcə normallaşır”.

Qeyd edək ki, xalq artisti Ofelya Sənani ürəyin ön və arxa divarının infarktı diaqnozu ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilmişdi.

Bahar RÜSTƏMLİ

AzNews.az