Hər il 1,3 milyonadək insan həlak olur- qəzada

17 May 2013 08:14 (UTC+04:00)


Trend-in məlumatına görə, bunu BMT-nin Baş katibi Pan Gi Mun 17 may - Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü münasibəti ilə müraciətində deyib.

Baş katibin sözlərinə görə, bu hallar onların ailələri və ölkələri üçün ciddi iqtisadi ziyanlara da səbəb olur:

"Mən çox şadam ki, bu ilki Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü yol hərəkətinin təhlükəsizliyi məsələsinə həsr olunub. İnformasiya-kommunikasiya texnologiyaları bu sahədə geniş imkanlar açır. 2011-ci ildən 2020-ci ilə qədər dövrü əhatə edən "Yol təhlükəsizliyi üçün hərəkat onilliyi" bütün dünyada yol və nəqliyyat təhlükəsizliyinə həsr olunub".

Baş katib hesab edir ki, nəqliyyatın intellektual idarəetmə sistemləri və naviqasiya vasitələri tıxac probleminin həllinə yardım edə bilər:

"Radarlar yol hərəkətinin iştirakçılarının bir-biri ilə, o cümlədən piyadalarla toqquşmanın qarşısını alır. Kontaktsız əlaqə vasitələrinin istifadəsi yol-nəqliyyat hadisələrinin sayını azaldır. Bu, xüsusən nəqliyyat hadisələrində ölənlərin yarısını təşkil edən gənclərə daha çox aiddir. Mən Beynəlxalq Telekommunikasiya Birliyinin sahə strukturları ilə birgə İKT standartlarının işlənməsi, o cümlədən Beynəlxalq Avtomobil Federasiyası ilə təhlükəsiz yol hərəkətinin təbliğatı sahəsində olan işini yüksək qiymətləndirirəm. Gəlin, texniki nailiyyətlərin maksimum istifadəsi ilə yol-nəqliyyat hadisələrinin sayını kəskin azaldaq və milyonlarla insanın həyatını xilas edək".

AzNews.az