Kadırovun qatillə şəkli qalmaqal yaratdı

17 May 2013 08:39 (UTC+04:00)


AzNews.az Newsru-ya istinadən xəbər verir ki, qalmaqal "İnstagram"da Kadırovun "Spartak"ın azarkeşi Yuri Valkovun qətlinin iştirakçısı olan Bekhan İbrahimovla şəklinin yerləşdirilməsindən sonra başlayıb.

Daha sonra çoxsaylı şərhlərə cavab vermək məcburiyyətində qalan Kadırov isə profilində bunları yazıb: "Mən öz abunəçilərimi heç anlaya bilmirəm. Deyirsiniz ki, korrupsiya ilə mübarizə aparıb rüşvətxorları cəzalandırmaq lazımdır. Amma bu istiqamətdə real hərəkətlər görəndə məmur tərəfindən qeyri-qanuni hərəkətləri aşkar edən şəxsi ittiham etməyə başlayırsınız. Hərdən düşünürəm ki, "İnstagram"dakı hesabımı ləğv edib öz işimlə məşğul olum".

Elnarə
AzNews.az