PAŞA Bank rəqəmsal məhsullara keçir

8 Oktyabr 2019 11:21 (UTC+04:00)

Bildiyiniz kimi son dövrlərdə tokenlər fiziki olmayan kartlara maraq artıb. PAŞA Bankda da bu istiqamətdə artıq işlər başlayıb. Belə ki, ilin sonuna yaxın PAŞA Bankın rəqəmsal laboratoriyası fiziki şəxslərə məhsullar hazırlayacaq.

AzNews.az-ın məlumatına əsasən, bu sözləri bankın Rəqəmsal laboratoriyasının şöbə müdiri Sabina Qurbanova PAŞA Bankın "2019-cu il üzrə ilk yarım illik maliyyə göstəriciləri" ilə bağlı tədbirində çıxışı zamanı deyib.

"PAŞA Bank fiziki olaraq kartlarda da yenilik etməyi düşünür",-deyə S.Qurbanova bildirib.

Nigar Orucova

AzNews.az