Milli Məclisin iclası başladı: Əli Əsədovun Baş nazir təyin edilməsi məsələsinə baxılır - YENİLƏNİB

8 Oktyabr 2019 12:22 (UTC+04:00)

Milli Məclisin payız sessiyasının növbəti plenar iclası başlayıb.

Oqtay Əsədovun sədrliyi ilə keçirilən iclasın gündəliyinə 14 məsələ daxildir.

İclasda "Ə.H.Əsədovun Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin edilməsinə razılıq verilməsi haqqında", “Uşaq hüquqları haqqında”, “Narkoloji xidmət və nəzarət haqqında”, “Gənclər siyasəti haqqında”, “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında”, “İnsan alverinə qarşı mübarizə haqqında”, “Azərbaycan Qızıl Aypara Cəmiyyəti haqqında”, “Təhsil haqqında”, “Məişət zorakılığının qarşısının alınması haqqında”, “Sosial xidmət haqqında”, “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında”, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında”, “Peşə təhsili haqqında” qanunlara dəyişiklik 3-ci oxunuşda, “Yerin təki haqqında“, “ Qaz təchizatı haqqında” və s. dəyişiklik layihələri 2-ci oxunuşda müzakirəyə çıxarılacaq.

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Ə.H.Əsədovun Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin edilməsinə razılıq verilməsi haqqında” məsələ müzakirəyə çıxarılıb.

Milli Məclisin Sədri Oqtay Əsədov gündəlikdəki məsələ ilə bağlı Prezident İlham Əliyevin Milli Məclisə məktubunu oxuyub.

Daha sonra məsələ ilə bağlı müzakirələr başlayıb.

"Baş Nazir Novruz Məmmədov vəzifəsindən azad edilməsi barədə Prezident İlham Əliyevə müraciət edib”.

Bunu bu gün Milli Məclisdə “Əli Əsədovun Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin edilməsinə razılıq verilməsi haqqında” məsələnin müzakirəsi zamanı spiker Oqtay Əsədov bildirib.

Novruz Məmmədov Azərbaycanın Baş Naziri vəzifəsindən azad edilməsi ilə bağlı Prezident İlham Əliyevə müraciət edib.

Bu barədə parlamentin bu gün keçirilən plenar iclasında spiker Oqtay Əsədov məlumat verib.

O, Baş Nazir postuna yeni namizəddən danışaraq bildirib ki, Əli Əsədov hansı vəzifədə çalışmasından asılı olmayaraq bilik və bacarığını işə sərf edən bir insandır, iqtisadi məsələlərə dərindən bələd olan mütəxəssisdir: “Əminəm ki, Prezident İlham Əliyevin bu seçimi dövlətimiz, xalqımız üçün uğurlu olacaq, hörmətli Əli Əsədov Baş Nazir vəzifəsini layiqincə yerinə yetirəcək”.

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Əsədov Əli Hidayət oğlunun Azərbaycan Respublikasının Baş Naziri vəzifəsinə təyin edilməsinə razılıq verilməsi haqqında” məsələnin müzakirəsi zamanı Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib ki, Əli Əsədov ölkədə aparılan abadlıq-quruculuq işlərinə Prezident İlham Əliyevin köməkçisi kimi yaxından iştirak edib: “Hesab edirəm ki, bu təyinatdan sonra Nazirlər Kabinetində kifayət qədər islahatlar həyata keçiriləcək". (Report)

AzNews.az