İmişlidə 49 yaşlı qadın bıçaqlandı

8 Oktyabr 2019 13:03 (UTC+04:00)

İmişli rayonunda 49 yaşlı qadın bıçaqlanıb.

Hadisə Bəhrəmtəpə qəsəbəsində qeydə alınıb.

Belə ki, həmin qəsəbənin sakini, 1970-ci il təvəllüdlü Ayna Əli qızı Əliyevaya yaşadığı mənzildə naməlum maskalı şəxs və ya şəxslər bıçaqla xəsarət yetirib. Yaralı sağ kürək nahiyəsinin kəsilmiş-deşilmiş yarası ilə İmişli Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. (Report)

AzNews.az