Nazpərinin vəkili hədələdi
17 May 2013 08:54 (UTC+04:00)
"Bu yalanı yazanların cavabları veriləcək"
Xalq artisti Nazpəri Dostəliyeva plastik əməliyyat keçirib. Bu haqda yayılan məlumatlarda iddia olunur ki, İsveçrədə reallaşan əməliyyatda o, 8 kiloqram çəkidən azad olub, eyni zamanda göz qapaqlarında və üzündə estetik əməliyyat aparılıb.
Nazpəri Dostəliyevanın vəkili Yunis Vəliyev AzNews.az-a verdiyi açıqlamada yayılan bu xəbərləri təkzib edib: "Bu yalan məlumatdır. Nazpəri xanım nə İsveçrəyə gedib, nə də plastik əməliyyat etdirib. Onun estetik əməliyyata ehtiyacı yoxdur. Bu yalanı yazanların isə cavabları veriləcək".
Bahar Rüstəmli
AzNews.az