Cinsi azlıqlar parada hazırlaşır

17 May 2013 09:02 (UTC+04:00)


Bu gün Gürcüstanda gey parad keçiriləcək.Bu, özünü Qərbin gözündə xüsusi imic yaratmağa çalışan Gürcütanın yeni hökuməti üçün əsl sınaq olacaq. Cinsi azlıqların nümayəndələri paradlarını Tiflisin mərkəzində Rustaveli prospketində keçirməyi planlaşdırırlar.

Lakin cəmiyyətdə bu paradın keçirilməsi təşəbbüsü birmənalı qarşılanmayıb. Ekspertlər hesab edirlər ki, parad zamanı cinsi azlıqlarla əleyhdarlar arasında qarşıdurma baş verəcək.

Qeyd edək ki, gey parad "Eynilik" QHT və digər təşkilatların təşəbbüsü ilə təşkil edilib.

Paradla bağlı Gürcüstanın ədliyyə naziri Teya Sulukiani bildirib ki, gey paradın keçirilməsinə qarşı etirazları qəbul edilməz hesab edir. (anspress)

AzNews.az