Gürcüstanın Baş naziri sabah Azərbaycana gələcək

8 Oktyabr 2019 15:04 (UTC+04:00)

Gürcüstanın Baş naziri Giorgi Qaxaria oktyabrın 9-da Azərbaycana rəsmi səfər edəcək.

Azərbaycana səfər G.Qaxarianın Baş nazir vəzifəsində ilk xarici səfəri olacaq.

Gürcüstanın hökumət başçısı Azərbaycanda bir sıra görüşlər keçirəcək. Görüşlərdə Gürcüstan-Azərbaycan münasibətləri və ikitərəfli əlaqələrin daha da dərinləşdirilməsi ilə bağlı müzakirələr aparılacaq.

Gürcüstan Baş nazirinin mətbuat xidmətinin yaydığı məlumata əsasən, G.Qaxarianın Baş nazir kimi ilk səfərləri qonşu ölkələrə olacaq: "Baş nazir ilk olaraq Gürcüstan üçün xarici siyasət və ticari-iqtisadi sahələrdə böyük əhəmiyyət kəsb edən tərəfdaş ölkələrə səfər edəcək".

Azərbaycandan sonra hökumət başçısının Ermənistan, daha sonra isə Türkiyəyə səfərləri planlaşdırılıb.

Qeyd edək ki, G.Qaxaria bu ilin sentyabrın 8-də qonşu ölkənin Baş naziri təyin olunub. (Report)