"Azadinform": Qarabağ Azərbaycandır və nida işarəsi sözləri yazılmış plakatlar hazırlansın

8 Oktyabr 2019 15:27 (UTC+04:00)

"Ermənistanın Baş naziri Nikol Paşinyanın sərsəm bəyanatından sonra Azərbaycan xalqı ona cavab verilməsini gözləyirdi. Ölkə başçımız İlham Əliyev əlverişli şəraitdə, lazımlı məkanda qətiyyətli mövqeyini nümayiş etdirdi və bildirdi ki, Qarabağ Azərbaycandır və nida işarəsi”.

Bunu Milli Məclisin deputatı Fəzail Ağamalı bu gün keçirilən plenar sessiyasında deyib.

Millət vəkili qeyd edib ki, Prezident bu fikri söyləməklə düşmən ölkəyə və onu müdafiə edənlərə ciddi mesaj verdi: “Təklif edirəm ki, Qarabağ Azərbaycandır və nida işarəsi sözləri yazılmış plakatlar hazırlansın və həmin plakatlar şəhərin küçələrində, qəsəbə və kəndlərdə, hərbi hissələrdə, məktəblərdə, idman meydançalarında asılsın. Eyni zamanda bu şüar altında Ümumxalq Azərbaycan Günü təşkil olunsun”.

Ləman Hüseynzadə

AZADİNFORM