Millimizin oyunçusu Fransaya buraxılmadı

8 Oktyabr 2019 23:29 (UTC+04:00)

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin üzvü Tural Bayramlı Parisin Şarl De Qoll hava limanında sərhəd xidmətinin əməkdaşları tərəfindən Fransaya buraxılmayıb.

U-21-in heyətində Fransaya yollanan T.Bayramlı sabah - oktyabrın 9-da AFFA-nın köməkliyi ilə Azərbaycana geri göndəriləcək. Futbolçunun Fransa ərazisinə buraxılmamasının səbəbi barədə müvafiq orqanlar məlumat verməyib.

AFFA və Fransa Futbol Federasiyası tərəfindən bununla bağlı araşdırma aparılır. Qeyd edək ki, Tural Bayramlı ötən mövsüm Latviyada, "Dauqavpils" klubunda çıxış edib.(qafqazinfo.az)

AzNews.az