Qoyun otaran gənci "tok" vurub öldürdü

9 Oktyabr 2019 08:28 (UTC+04:00)

Quba rayonunda 18 yaşlı gənc ehtiyatsızlığın qurbanı olub.

Olay Yerfi kəndində qeydə alınıb

Belə ki, kənd sakini, 2001-ci il təvəllüdlü Cabir Barat oğlu Babayev çöldə atası ilə qoyun otararkən əlindəki çubuğu alçaqdan keçən elektrik xəttinə vurub. Nəticədə C.Babayevi cərəyan vurub. O, hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır. (Report)

AzNews.az