Azərbaycanlı aktrisa Türkiyədə qəzaya səbəb oldu

9 Oktyabr 2019 10:49 (UTC+04:00)

Türkiyədə aktrisa kimi məşhurlaşan azərbaycanlı Nəsrin Cavadzadə dünən getdiyi idman salonunun qapısında jurnalistləri gördükdə yolunu dəyişdirib.

AzNews.az türk mətbuatına istinadən xəbər verir ki, o, ağacların arasından keçmək istəyib. Amma paltarı budaqlara ilişib, onu yıxıb. Bu zaman yağış yağmağa başlayıb.

Aktrisa: “Bircə yaş saçla görüntülənmədiyim qalmışdı”, - deyib.

Bu zaman hərəkətdə olan taksilərdən birinin sürücüsü də Nəsrin Cavadzadəyə baxarkən digər maşını arxadan vurub.

Qeyd edək ki, Nəsrin Cavadzadə hazırda Türkiyədə yaşayır.

Səidə Vahid

AzNews.az