BTC kəməri ilə nəql edilən Qazaxıstan neftinin həcmi açıqlandı

9 Oktyabr 2019 11:05 (UTC+04:00)

Cari ilin yanvar-sentyabr ayları ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac boru kəməri ilə 1,5 mln. tondan çox Qazaxıstan nefti dünya bazarına nəql edilib.

Bunu Azərbaycan və Qazaxıstan arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın 16-ci iclasında çıxış edən Azərbaycanın Energetika naziri, komissiyanın həmsədri Pərviz Şahbazov deyib.

Onun sözlərinə görə, 2017-ci il ərzində bu göstərici 180 min ton, 2018-ci ildə isə “SOCAR Trading” şirkəti tərəfindən dünya bazarına 1,6 mln. ton Qazaxıstan nefti nəql olunub. (APA)