Övladlarını öldürən anadan tükürpədici etiraf: Çips yemək kimidir… - FOTO

9 Oktyabr 2019 11:36 (UTC+04:00)

İngiltərədə Sara Barras adlı qadın 13 və 14 yaşlarında iki oğlunu qətlə yetirməkdə təqsirli bilinir.

AzNews.az xarici mediaya istinadən xəbər verir ki, hadisə Cənubi Yorkşir əyalətində qeydə alınıb.

Sara Barrasın cinayəti ailə üzvü Brendon Mançin ilə birlikdə törətdiyi deyilir.

Cinayətkarlar öldürdüyü Tristen və Bleyk də daxil olmaqla, uşaqların altısını da qətlə yetirməyə cəhd etdiklərinə görə mühakimə olunub.

Məhkəmə tibbi ekspertiza nəticəsində hər iki uşağın ölüm səbəbinin boğulma olduğu məlum olub.

Tristenin səhər saat 9:14-də, Bleykin isə 12 dəqiqə sonra öldüyü aşkarlanıb. Məhkəmə sağ qalan digər 4 uşağın 13 yaşa çatmadığını bildirib.

Qatil ana uşaqlarını öldürməzdən bir neçə ay əvvəl "Facebook" səhifəsində Stiven Kinqin "Günbəzin altında" ("Under the Dome") əsərindən bu sözləri paylaşıb: "Qətl kartof çipslərinə bənzəyir; yalnız biri ilə kifayətlənlənə bilməzsiniz".

Sara Barras hadisədən bir neçə ay əvvəl başqa bir tükürpədici şəkili "Sizin üçün gəlirəm.." başlığı ilə paylaşıb.

Hakim Ceremi Riçardson cütlüyə noyabrın 12-də həbs ediləcəklərini deyib və əlavə edib: "Mən sizin ikinizin etdiyiniz canavarlığı sözlərlə ifadə edə bilmərəm".

Pərvanə

AzNews.az