Bolluca nar yeyin

9 Oktyabr 2019 13:03 (UTC+04:00)

Hamımız çalışırıq ki, hər meyvəni öz mövsümündə yeyək. Mövsümündə yeyilən meyvənin insan orqanizminə faydası daha çoxdur.

Payız meyvələrindən olan narın necə faydalı olması haqda yəqin ki, bir çoxumuzun xəbəri var. Bəziləri hətta onu “qan” da adlandırır.

Bəs narın bilmədiyimiz daha hansı faydaları var?

AzNews.az sizə bu haqda məlumat verəcək.

C vitamini qaynağıdır

Bir stəkan nar suyu günlük C vitamini ehtiyacının 40%-ni qarşılayır.

Xərçəngin yaranmasının qarşısını alır

Aparılan araşdırmalar nəticəsində nar suyunun prostat xərçənginin yaranmasının qarşısını aldığı məlum olub.

Nar suyunu pəhrizinizdən əksik etməyin.

Yaddaşın güclənməsinə kömək edir

Meyvə suyundakı antioksidantlar və yüksək konsentrasiyalar Alzheimer xəstəliyinin inkişafını dayandırır və yaddaşı qoruyur.

Həzm sistemi xəstəliklərinin qarşısını alır

Nar suyu, bağırsaqdakı iltihablanmanı azaldır. Bununla da bağırsaq xəstəliklərinin yaranmasına mane olur.

Ürəyi qoruyur

Nar ən təbii ürək dərmanı hesab olunur. Belə ki, o, ürəyi qoruyur, damarları bərpa edir. Aparılan araşdırmalar narın qan dövranını yaxşılaşdırdığını və damar tıxanmalarının qarşısını aldığını ortaya çıxarıb.

Səidə Vahid

AzNews.az