"Milan" yeni baş məşqçi təyin etdi

9 Oktyabr 2019 15:48 (UTC+04:00)

“Milan” rəsmi saytında Stefano Piolinin komandasının baş məşqçisi vəzifəsinə təyin olunduğunu elan edib. 53 yaşlı mütəxəssislə müqavilə iki il müddətinə nəzərdə tutulub.

AzNews.az bildirir ki, o, baş məşqçi postundan dünən işdən çıxarılmış Marko Campaolonu əvəz edib.

Qeyd edək ki, “Milan” A seriyasının yeni oyununun yeddi turunda üç qələbə qazanıb və dörd məğlubiyyətə uğrayıb. Komanda doqquz xal toplayaraq turnir cədvəlində 13-cü yeri tutur.

Pioli Romanın “Lazio”, Milanın “İnter”, “Fiorentina” və bir sıra digər italyan klublarına rəhbərlik edib. O, futbolçu kimi İtaliya çempionatında və Turinin “Yuventus” klubunun heyətində Qitələrarası kubokda qalib gəlib.

AzNews.az