Tramp: ABŞ Yaxın Şərqdə olmamalı idi

9 Oktyabr 2019 16:30 (UTC+04:00)

“ABŞ heç vaxt Yaxın Şərqdə olmamalı idi”.

Bu barədə ABŞ Prezidenti Donald Tramp “Twitter”də bildirib.

O qeyd edib ki, bir neçə qrup arasında yüz illərdir münaqişələr davam edir.

“ABŞ heç vaxt Yaxın Şərqdə olmamalı idi. Avropanın qəbul etmədiyi İŞİD-çiləri də Türkiyə almalıdır. Bitmək bilməyən səfeh müharibələr bizim üçün artıq başa çatır”, - deyə D. Tramp bildirib. (APA)