İstanbulda bir neçə terror aktının qarşısı alındı - 22 PKK-çı saxlanıldı

9 Oktyabr 2019 17:16 (UTC+04:00)

İstanbulda terrorçu Kürdüstan İşçi Partiyasının (PKK) silahlıları tərəfindən planlaşdırılan bir sıra terror hücumlarının qarşısı alınıb.

CNN Türk-ə istinadən bildirilir ki, əməliyyatlar zamanı 22 PKK terrorçusu saxlanılıb.

İstintaq zamanı məlum olub ki, terror aktları ticarət mərkəzlərində, vağzallarda və digər ictimai yerlərdə planlaşdırılıbmış.

Bundan başqa, saxlanılan şəxslər bələdiyyə başçılarına və deputatlara da hücumlar hazırlayıblarmış. (Virtualaz.org)