Paşinyan xarici işlər nazirini vəzifəsindən azad edəcək

9 Oktyabr 2019 17:20 (UTC+04:00)

Ermənistanın baş naziri Nikol Paşinyan xarici işlər naziri Zöhrab Mnatsakanyanı vəzifəsindən azad edəcək.

Bu barədə “Past” qəzeti mənbəyinə istinadən yazıb.

Bildirilib ki, buna səbəb olaraq Zöhrab Mnatsakanyanın müxtəlif məsələlərə görə beynəlxalq tərəfdaşlarla Ermənistan arasında yaranmış problemlər göstərilib.

Qeyd edək ki, bir müddət əvvəl Nikol Paşinyan xarici ölkələrdəki səfirlərin fəaliyyətindən narazı qaldığını bildirmişdi. (Report)