Ucarda itkin düşən ana və qızı tapıldı

9 Oktyabr 2019 17:40 (UTC+04:00)

Ucarda itkin düşən ana və qızı tapılıb.

Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, sentyabrın 10-da rayonun Qaracallı kənd sakini, 1993-cü il təvəllüdlü Samirə Azər qızı Xəlilova azyaşlı qızı, 2016-cı il təvəllüdlü Zəhra Daşqın qızı Xəlilovanı da götürərək evdən çıxmış və geri qayıtmamışdı.

İtkin kimi qeydiyata alınan ana və qızı oktyabrın 5-də yaşadıqları evə qayıdıblar.

AzNews.az