Müsavat Partiyasının qurultayının vaxtı dəyişdi - Yeri də bəlli oldu

9 Oktyabr 2019 17:58 (UTC+04:00)

Müsavat Partiyasının qurultayının vaxtı dəyişib.

Partiyadan AzNews.az-a verilən məlumata görə, qurultay oktyabrın13-ə təyin edilib. Müsavat Partiyasının növbəti qurultayı Binəqədi rayonu, 7-ci mikrorayonda yerləşən “Büllur” sarayında (indi mərasim evi kimi fəaliyyət göstərir) keçiriləcək.

Qeyd edək ki, Müsavat Partiyası növbəti qurultayını oktyabrın 12-nə təyin etmişdi. Sözügedən mərasim zalında həmin günü tədbir olduğundan qurultayın keçirilməsi oktyabrın 13-ə təyin olunub.

Xatırladaq ki, başqanlıq uğrunda 3 nəfər - Yadigar Sadıqlı, Tofiq Yaqublu və Arif Hacılı mübarizə aparır.

Bahar RÜSTƏMLİ

AzNews.az