Müsavatın debatında biabırçılıq - Tofiq Yaqublu su qabını görün nə edir?

9 Oktyabr 2019 18:38 (UTC+04:00)

Bu gün Müsavat Partiyasının qərargahında partiya başqanlığına namizədlərin debatı keçirilib.

AzNews.az xəbər verir ki, öncədən də elan olunduğu kimi, 3 gün sonra keçiriləcək partiya başqanlığına seçkilərlə bağlı təşkil olunan debatda namizədlər - hazırda partiyanın başqanı olan Arif Hacılı, eyni zamanda Tofiq Yaqublu və Yadigar Sadıqlı öncə moderatorun, sonra isə jurnalistlərin suallarını cavablandırıb.

Debatın təşkilində bir sıra ciddi problemlər üzə çıxıb.

Əvvəla, moderator İzaolda Ağayeva debatı professional şəkildə apara bilməyib, tez-tez Arif Hacılının təlimatına uyğun davranmaqla balansı pozub. Bundan başqa, debat masasında Arif Hacılı önünə qoyulmuş mikrofondan bütün müzakirə boyu tək istifadə eləsə də, digər iddiaçılar bir mikrofonu şərikli istifadə etməli olublar.

Debata möhürü isə başqanlığa iddiaçı Tofiq Yaqublu öz mədəniyyətsizliyi ilə vurub. O, masadakı su qabını adının yazıldığı kağız parçasının arasına dürtüb, daha sonra Arif Hacılının pıçıltısı ilə oradan çıxarıb. Bundan sonra həmin kağızı dizinin üzərində “ütüləyib”.

Onun bu hərəkətləri “bu səviyyə ilə, bu etiketləmi hakimiyyətə gəlmək istəyir Müsavat partiyası” suallarını doğurub.

Tofiq Yaqublunun mədəniyyətdən uzaq həmin görüntülərini təqdim edirik.

AzNews.az