Ərdoğan hücum əmrini belə verdi - TARİXİ ANIN FOTOSU

9 Oktyabr 2019 20:42 (UTC+04:00)

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Milli Müdafiə naziri Hülusi Akardan məlumat alaraq "Sülh Pınarı Hərəkatı"nın əmrini vermə anının görüntüləri sosial mediada paylaşılıb.

Ərdoğan Türkiyə ordusunun "Sülh Pınarı Hərəkatı"nın başlanması əmrini telefonla Milli Müdafiə Naziri Hülusi Akara verib. Bu anın görüntüləri Prezidentin sosial media hesablarından paylaşılıb.

Paylaşımda "Prezidentimiz Rəcəb Tayyib Ərdoğan Milli Müdafiə naziri Hülusi Akardan məlumat alaraq "Sülh Pınarı Hərəkatı"nın başlanması əmrini verib" deyə bildirilib.

Malik Liftiyev
AzNews.az