Yerevanda atışma: ölən var

10 Oktyabr 2019 09:16 (UTC+04:00)

Ermənistanın paytaxtı Yerevanda atışma olub.

Bu barədə "Shamshyan.com" xəbər verib.

Məlumata görə, atışma zamanı 1 nəfər öldürülüb. Hadisə yerinə gələn polis əməkdaşları 4 giliz aşkarlayıblar.

Qeyd edilir ki, öldürülən şəxs 25 yaşlı gəncdir. Faktla bağlı cinayət işi açılıb. (Report)