İran rusiyalı jurnalisti azad etdi - O, bu gün Moskvaya qayıtdı

10 Oktyabr 2019 10:16 (UTC+04:00)

İranda saxlanılan rusiyalı jurnalist Yuliya Yuzik həbsdən azad edilib.

Jurnalist artıq Rusiyaya geri dönüb. Onu Moskvaya gətirən təyyarə səhər 06:00-da Şeremetyevo hava limanına eniş edib.

Qeyd edək ki, Yuzik oktyabrın 2-də İsrail xüsusi xidmət orqanlarına işləmək şübhəsi ilə İran İslam İnqilabı Keşikçiləri Korpusu tərəfindən saxlanılmışdı. (Axar.az)