Rusiyada siqaret çəkən uşaqların valideynləri cəzalandırıla bilərlər

10 Oktyabr 2019 10:41 (UTC+04:00)

Siqaret çəkən yeniyetmələrin valideynləri inzibati məsuliyyətə cəlb oluna bilərlər.

AzNews.az-ın məlumatına əsasən, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin saytında yerləşdirilmiş qanun pozuntularının profilaktikası üzrə hökumət komissiyasının sentyabrın 23-ə dair iclasının protokolunda deyilir.

Komissiyanın məsul katibi “İstehlakçıların hüquqlarının müdafiəsi və insan rifahı üzrə Federal Nəzarət Xidməti qarşısında Rusiyanın İnzibati Xətalar Məcəlləsinin yetkinlik yaşına çatmayanların siqaret çəkməsinə görə valideynlərin inzibati məsuliyyətini müəyyən edən normanın tətbiq edilməsi barədə Rusiya Ədliyyə Nazirliyinə müraciət göndərilməsi təşəbbüsü ilə çıxış etməlidir”.

Bu, oktyabrın 23-dək edilməlidir.

AzNews.az