2018 və 2019-cu illər Ədəbiyyat üzrə Nobel mükafatçılarının adları açıqlandı

10 Oktyabr 2019 15:06 (UTC+04:00)

Ədəbiyyat üzrə Nobel mükafatının 2018 və 2019-cu illər sahibləri məlum olub.

AzNews.az xəbər verir ki, 2018-ci il Ədəbiyyat üzrə Nobel mükafatı polşalı yazıçı Olqa Tokarçuka, 2019-cu il Ədəbiyyat üzrə Nobel mükafatı isə avstriyalı yazıçı Piter Handkeyə verilib.

Olqa Tokarçuk "Ensiklopedik ehtirasla sərhədləri aşmağı həyat forması kimi təmsil edən nəqletmə təxəyyülünə görə", Peter Hendke isə "Linqvistik bacarıqları ilə insan varlığının periferiyasını və xüsusiyyətlərini araşdıran nüfuzlu əsərlərinə görə" mükafata layiq görülüblər.

Xatırladaq ki, keçən il İsveç Ədəbiyyat Akademiyasında təcavüzə cəhd kimi qalmaqallara görə ədəbiyyat mükafatı vermək mümkün olmamışdı.

Pərvanə

AzNews.az