Azərbaycanda taun təhlükəsi – SOS

17 May 2013 12:00 (UTC+04:00)
"Azərbaycanın işğal olunmuş ərazilərində taun təhlükəsi dolaşır. Çünki xüsusilə Laçın və Kəlbəcərdə taunun təbii ocaqları var və biz əvvəllər orada xüsusilə gəmiricilər arasında taun aşkarlamışdıq".

Bunu AzNews.az-a Səhiyyə Nazirliyinin Taun Əleyhinə Stansiyasının direktor müavini Şair Qurbanov verib.

Direktor müavininin sözlərinə görə, indi işğal altındakı ərazilərdə taun, vəba və digər yoluxucu xəstəliklərlə bağlı müayinələr və profilaktik iş aparılmır:

"Ermənistan belə müayinələri texniki, maddi çatışmazlıq səbəbindən apara bilmirlər. Ona görə də Dağlıq Qarabağda hansısa müayinələrin aparılmadığını ermənilər özləri də müxtəlif beynəlxalq tədbirlərdə etiraf edirlər. Azərbaycan tərəfi də öz növbəsində əlaqədar beynəlxalq təşkilatların diqqətinə bu mövzunu çatdırır".

İşğal olunmuş ərazilərdən digər ərazilərə taun kimi yoluxucu xəstəliklərin yayılmasına gəlincə isə, Ş. Qurbanov bu ehtimalı istisna etməyib: "Belə bir ehtimal azdır, amma istisna deyil".

Elnarə Əlosmanqızı
AzNews.az