Bakıdan Dubaya uçan təyyarə İranda təcili eniş etdi

10 Oktyabr 2019 22:29 (UTC+04:00)

Bakı-Dubay reysində uçan təyyarə Şirazda təcili eniş edib.

ABunu Şirazın Şəhid Dəstğeyb adına beynəlxalq hava limanının rəhbəri Ehsan Ostovar deyib.

Onun sözlərinə görə, bu gün yerli vaxtla saat 13:36-da “Fly Dubai” hava yollarına məxsus “737 B” saylı reysində uçan təyyarənin pilotu ekipaj kabinəsində tüstü müşahidə etdiyi üçün Şiraz hava limanında təcili eniş edib.

O bildirib ki, Bakıdan Dubaya uçan təyyarədə 124 sərnişin və 6 ekipaj üzvi olub ki, onların hamısı təxliyyə olunub.

E.Ostovar deyib ki, xarici şirkət sərnişinlərin Şirazdan Dubaya çatdırılması üçün təyyarə göndərib.(apa.az)

AzNews.az