İranlı qadınlar son 40 ildə ilk dəfə futbol matçında oldular – VİDEO

11 Oktyabr 2019 09:32 (UTC+04:00)

İranda qadınlara 1979-cu ildə baş verən İslam inqilabından sonra ilk dəfə futbol stadionuna keçərək azarkeşlik etməyə icazə verilib.

AzNews.az bildirir ki, bu barədə “BBC News” yazır.

Məlumata əsasən, dörd minə yaxın iranlı qadın stadiondan 2022-ci ilin Dünya Çempionatının kvalifikasiya oyununu izləyib. Ölkənin yığması Tehranda Kambocanın millisini 14:0 hesabı ilə məğlub edib.

Qadınlar arenada kişilərdən ayrı oturublar.

AzNews.az