Hövsan qızlarına söz atan gəncin başı bəlada: Üzr istəmədi və ... - VİDEO 18+

11 Oktyabr 2019 12:47 (UTC+04:00)

Bu ilin avqustunda sosial şəbəkədə Hövsan qəsəbəsinin qızları ilə bağlı xoşagəlməz ifadələr işlədən gənclərdən biri itkin düşüb.

AzNews.az xəbər verir ki, 2004-cü il təvəllüdlü Məmmədov Mehdixan hadisədən bir müddət sonra avqustun 25-də evdən çıxıb və bir daha geri qayıtmayıb. Bu barədə onun anası Xəzər TV-də yayımlanan "Səni axtarıram" verilişinə müraciət edib. Efirdə bildirilib ki, təhqirəmiz videodakı gənclərdən biri üzr istəsə də Mehdixan üzr istəməyib.

Sözügedən kadrları təqdim edirik.

Aynur

AzNews.az