Putindən MDB liderlərinə maraqlı təklif - "Milli valyutalarla hesablaşaq"

11 Oktyabr 2019 15:26 (UTC+04:00)

MDB ölkələri ticarət müharibələri şəraitində özlərini valyuta risklərindən qorumalıdırlar.

Bunu Rusiya Prezidenti Vladimir Putin MDB dövlət başçılarının iclasındakı çıxışında deyib. O, MDB ölkələrinin gələcəkdə vahid maliyyə bazarının formalaşdırılması barədə düşünmələri gərəkdiyini bildirib.

Putin vacib aspektin milli valyutalarla hesablaşma olduğunu vurğulayıb:

“Bu gün bütün dünyanın üz-üzə qaldığı problemləri nəzərdə tuturam. Biz bunu görürük. Bu, ticarət müharibələri, fərqli məhdudiyyətlərin nəticəsidir və biz özümüzü valyuta risklərindən zəmanət altına almalıyıq.

Valyuta sferasında əməkdaşlığı inkişaf etdirmək, valyuta siyasətini razılaşdırmaq lazımdır.

Əgər buna müsbət yanaşsaq, ümumi maliyyə bazarının formalaşmasından danışa bilərik.

Əminəm ki, bu bizim ümumi rəqabət qabiliyyətimizin artmasının xeyrinə olacaq”. (Axar.az)