Açıq kosmosa çıxan ilk kosmonavt öldü

11 Oktyabr 2019 15:52 (UTC+04:00)

Sovet kosmonavtı Aleksey Leonov 85 yaşında dünyasını dəyişdi.

Bu barədə AzNews.az RİA “Novosti”yə istinadən xəbər verir.

Qeyd edək ki, 11-ci Sovet kosmonavtı olan A.Leonov açıq kosmosa çıxan ilk insandır. O, 1975-ci ildə “Soyuz-19” və “Apollo”-nun ilk birgə kosmik uçuşunda iştirak edib. İkiqat Sovet İttifaqı qəhrəmanıdır.