Mənə doğma olan bu məktəbdə konsert vermək olduqca xoşdur

11 Oktyabr 2019 17:24 (UTC+04:00)

Mənə doğma olan Asəf Zeynallı adına Musiqi məktəbində konsert vermək olduqca xoşdur.

Bu sözləri tanınmış bəstəkar, Xalq artisti Faiq Sücəddinov deyib.

“Mənim üçün Tələbələrin, müəllimlərin qarşısında çıxış etmək hər zaman həyəcanlı olub. Belə konsertlər həm də məni məsuliyyətli olmağa sövq edir. Konsertdə yalnız öz əsərlərimi səsləndirdim.

Mövzular müxtəlif idi. Burada 17 fortepiano əsəri təqdim etdim. Onlar sırasında təbiət, sevgi, vətənpərvərlik kimi mövzulara toxunulur.

Uzun illər xaricdə çalışmışam və hər zaman Azərbaycanı təbliğ etmişəm. Mən eyni zamanda bu məktəbin məzunu olmuşam. Buna görə müəllimlərimə minnətdaram.

Bütün qazandığım nailiyyətlər məhz bu məktəbin mənə verdiyi biliyin sayəsində olub”, -deyə F.Sücəddinov bildirib.