82 yaşlı qadın evində ölü tapıldı

12 Oktyabr 2019 19:16 (UTC+04:00)

Mingəçevir şəhərində 82 yaşlı qadın evində ölü tapılıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, Nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Mingəçevir şəhərində 1 nəfər evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri evin giriş qapısını açıb və orada aşkarlanan 1937-ci il təvəllüdlü But Stasiya Nikolayevnanın meyitini aidiyyəti üzrə təhvil veriblər.

AzNews.az