“Qızım hamilə olanda qayınanası qarnından vururdu” - Leylanın anası+VİDEO

13 Oktyabr 2019 10:14 (UTC+04:00)

Oktyabrın 6-da Bakı Avtovağzalı yaxınlığında əri Nicat Məmmədov tərəfindən 3 azyaşlı uşaqlarının gözləri qarşısında qətlə yetirilən Leyla Məmmədovanın anası Flora Mahmudova qızının öldürülməsindən danışıb.

Meydan Tv-yə danışan qadın 27 yaşlı qızının evli olduğu 7 il müddətində daima zorakılığa, təhqirlərə məruz qaldığını bildirib.

O, qızının şiddətə dözməyib boşanmaq istədiyi üçün öldürüldüyünü deyib.

AzNews.az