Mehriban Əliyeva dünya çempionu olmuş şahmatçımızı təbrik etdi - FOTO

13 Oktyabr 2019 12:21 (UTC+04:00)

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva şəxsi “Instagram” hesabında dünya çempionu adını qazanmış Aydın Süleymanlını təbrik edib:

“Yeniyetmə şahmatçımız Aydın Süleymanlının Hindistanda 14, 16 və 18 yaşlı oğlanlar və qızlar arasında keçirilən şahmat üzrə dünya çempionatının qalibi olması xəbəri hər birimizə ancaq qürur və sevinc hissi yaşada bilər.