Bakı-Şamaxı-Yevlax yolunda mikroavtobus qəzaya uğrayıb

13 Oktyabr 2019 13:43 (UTC+04:00)

İsmayıllı rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun İsmayıllının Qubaxəlilli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

"Mersedes Vito" markalı sərnişin mikroavtobusunun yoldan çıxaraq elektrik dirəyinə çırpılması və aşması nəticəsində Göyçay şəhər sakinləri - 1980-ci il təvəllüdlü Gözəlov Elşad Nəriman oğlu, 1980-ci il təvəllüdlü Əfəndiyev Tərlan Ələddin oğlu, Çayarxı kənd sakini, 1955-ci il təvəllüdlü Feyzullayeva Bahar Məhəmməd qızı, Ləkçiplaq kənd sakinləri, 1998-ci il təvəllüdlü Vəliyev İbrahim Polad oğlu və 1996-cı il təvəllüdlü Yusifov Kamil Yaşar oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır. (apa)

AzNews.az