Zakir Qaralovdan yeni prokuror təyinatı

13 Oktyabr 2019 15:10 (UTC+04:00)

Baş Prokuror Zakir Qaralovun əmri ilə Gəncə şəhərinə yeni prokuror təyin olunub.

Azad Qarayev Gəncə şəhərinin Prokuroru postuna gətirilib.

O, daha öncə Mingəçevir şəhərinin prokuroru vəzifəsini icra edib.

Qeyd edək ki, Azad Qarayev bu günlərdə Azərbaycan Respublikası Baş Prokurorluğunda İstintaqa nəzarət idarəsinin rəisi vəzifəsinə təyin edilən Fazil Həsənəliyevi əvəz edib.

AzNews.az