Suriyanın bu şəhəri terrorçulardan təmizləndi

13 Oktyabr 2019 17:24 (UTC+04:00)

“Barış bulağı” əməliyyatı çərçivəsində bu gün Suriyanın Tel Abyad şəhəri PKK/YPG terrorçularından təmizlənib.

Türkiyə ordusu və müxalif Suriya Milli Ordusunun bölmələri şəhərə nəzarəti tam təmin edib.

Beləliklə, oktyabrın 9-da başlanan “Barış bulağı” əməliyyatı çərçivəsində Rasulayn və Tel Abyad şəhərləri də daxil olmaqla, 42 kənd PKK/YPG terrorçularından təmizlənib. (APA)