Türk Şurasının Gənclər Platformasının sədri bu şəxs seçildi

13 Oktyabr 2019 17:52 (UTC+04:00)

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Gənclər Platformasının oktyabrın 13-də Bakıda keçirilən birinci Baş Assambleyasında platformanın sədri vəzifəsinə seçkilər keçirilib.

“İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov seçkilərdə qalib gəlib. O, Türk Şurası Gənclər Platformasının sədri vəzifəsinə seçilib.

Xatırladaq ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşü oktyabrın 15-də Bakıda keçiriləcək. (Report)