Tunisdə keçirilən prezident seçkilərində müstəqil namizəd qalib gəldi - "Exit poll"

14 Oktyabr 2019 09:11 (UTC+04:00)

Tunisdə "exit poll"un nəticələrinə əsasən ötən gün keçirilmiş prezident seçkilərində müstəqil namizəd Kais Səid qalib gəlib.

Bu barədə yerli KİV məlumat yayıb.

Qeyd edilir ki, "Sigma Conseil" şirkətinin keçirdiyi rəy sorğularına görə, professor 76,9% seçisi səsi toplayıb. Seçkilərdə onun rəqibi olmuş biznesmen Nabil Kariu 23%-dən çox səs qazanıb.

Daha əvvəl sorğularda Səidin 72,5%, rəqibinin isə 27,5% səs topladığı bildirilirdi.

Qeyd edək ki, dünən Tunisdə prezident seçkilərinin ikinci turu keçirilib. Oktyabrın 6-da keçirilən prezident seçkilərinin birinci turunda müstəqil namizəd Kais Səid və “Tunisin ürəyi” partiyasını lideri, korrupsiya, maliyyə fırıldaqçılığı ittihamı ilə həbs olunan və səsvermə ərəfəsində azadlığa buraxılan Nabil Karui ən çox səs toplayıb. (Report)

AzNews.az